Bavariyanın futbolçusu bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq

19.11.2024

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almaniyanın "Bavariya" klubunun futbolçusu Joau Palinya bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.

"Report"un məlumatına görə, yarımmüdafiəçi Portuqaliya millisinin məşqində zədələnib.

29 yaşlı oyunçunun əzələsində problem aşkarlanıb. Palinya bu səbəbdən bir neçə həftə xəstəxanada qalmalı olacaq.

Qeyd edək ki, Joau Palinya yayda İngiltərənin "Fulhem" klubundan "Bavariya"ya keçib.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью