“Bavariya”nın futbolçusu əməliyyat olunacaq

29.11.2026

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Almaniyanın “Bavariya” klubunun futbolçusu Konrad Laymer zədələnib.

Moderator.az xəbər verir ki, 28 yaşlı müdafiəçi Bundesliqanın son turunda “Hamburq”la qolsuz heç-heçə etdikləri (0:0) matçda sıradan çıxıb.

Klubun mətbuat xidmətinin məlumatına görə, avstriyalı futbolçunun sağ topuq nahiyəsində peroneal vətərin çıxığı aşkarlanıb. O, əməliyyat olunacaq. Bərpa müddəti ilə bağlı hələlik məlumat verilməyib.

Qeyd edək ki, Laymer bu mövsüm “Bavariya”nın heyətində 16 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью