“Bavariya”nın futbolçusu İngiltərə klubunun hədəfində

26.04.2025

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

“Bavariya”nın futbolçusu Joao Palinya karyerasını İngiltərədə davam etdirə bilər.

İdman.biz xəbər verir ki, yarımmüdafiəçi “Fulhem”in maraq dairəsinə düşüb.

Premyer Liqa klubunun futbolçu üçün böyük vəsait ödəmək niyyətində deyil. “Fulhem” 35-40 milyon avrodan artıq xərcə düşmək istəmir.

Qeyd edək ki, Palinya 2024-cü ildən Almaniya klubunda forma geyinir.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью