“Bavariya”nın futbolçusu “Real” yolunda

09.12.2024

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Bavariya"nın futbolçusu Alfonso Deyvisin klubdakı taleyi sual altındadır. Futbolpress.az xəbər verir ki, Münhen təmsilçisi kanadalı müdafiəçinin sözləşməsini uzatmaq istəyir, lakin oyunçu buna yanaşımır.

Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Klub nümayəndələri Deyvisin agentinə görüş təklif etsə də, menecer bunu qəbul etməyib.

Deyvisin "Real"a keçidi gündəmdədir. Agentin məhz "kral klubu" ilə görüşəcəyi üçün münhenlilərə "yox" dediyi bildirilir.

24 yaşlı futbolçu bu mövsüm 20 oyunda 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью