Bavariyanın hədəfləri bilindi

31.12.2024

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Bavariya"nın qış transfer pəncərəsi üçün hədəfləri müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

Münhen təmsilçisi "Atletik"dən ispaniyalı vinger Niko Uilyamsı və "Ayntraxt"dan misirli hücumçu Ömər Marmuşu almağı planlayır.

“Bavariya” rəhbərliyi komandanı gücləndirmək üçün bu iki futbolçuya ehtiyac olduğunu düşünür. Bundesliqa klubu həmçinin üç oyunçudan xilas olmaq istəyir: Kingsli Koman, Leroy Sane və Serj Qnabri.

Xatırladaq ki, 15 oyunun nəticəsinə əsasən, “Bavariya” Bundesliqa turnir cədvəlinin lideridir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью