“Bavariya”nın heyətində itki

17.10.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Münhen “Bavariya”sının əsas qapıçısı Manuel Noyer zədə səbəbindən komandasının ardıcıl ikinci rəsmi oyununda iştirak edə bilməyəcək.

Futbolpress.az xəbər verir ki, 40 yaşlı təcrübəli qolkiper ayağındakı narahatlıq səbəbindən Almaniya Bundesliqasının VI turu çərçivəsində keçiriləcək “Leyptsiq”lə prinsipial matçı buraxmalı olacaq.

Oktyabrın 17-də baş tutacaq “Bavariya” – “Leyptsiq” qarşılaşması Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. Noyerin yoxluğunda Münhen klubunun çərçivəsini yenidən Yon as Urbiq qoruyacaq.

“Bavariya” rəhbərliyi və tibbi heyəti təcrübəli əlcək sahibinin oktyabrın 21-də UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turu çərçivəsində “Arsenal”a qarşı keçiriləcək kritik qarşılaşmayadək tam bərpa olunacağına ümid edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью