“Bavariya”nın Keyn planları

17.09.2026

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Bavariya”nın Keyn planları

“Bavariya” rəhbərliyi komandanın hücumçusu Harri Keynlə müqavilənin müddətini uzatmaq üçün danışıqlar aparır.

QOL.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb. Klub 2 plan üzərində işləyir.

Tərəflər 33 yaşlı futbolçu ilə sözləşmənin 2029-cu ilin yayına qədər uzadılması variantını müzakirə edirlər. Müqavilənin 2030-cu ilə qədər artırılması ehtimalı da nəzərdən keçirilir.

Keyn 2023-cü ilin yayında “Tottenhem”dən “Bavariya”ya transfer olub. Onun hazırkı müqaviləsi 2027-ci ilin iyununun sonuna qədərdir

İngiltərə millisinin hücumçusu ötən mövsüm Bundesliqada 31 oyunda 36 qol vurub və 5 məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью