Idman.biz saytına istinadən Icma.az xəbər verir.
“Bavariya”nın yarımmüdafiəçisi Maykl Olise bu yay PSJ-yə keçə bilər. Paris klubu alman klubu üçün 100 milyon avroluq təklif hazırlayır.
İdman.Biz-in jurnalist və insayder Ekrem Konura istinadən verdiyi məlumata görə, “Bavariya” oyunçunu buraxmaq niyyətində deyil və yeni müqavilə üçün danışıqlar aparır.
Bu mövsüm cinah oyunçusu bütün yarışlarda 29 oyun keçirib, 13 qol vurub və 21 məhsuldar ötürmə edib. 23 yaşlı futbolçu “Bavariya”ya 2024-cü ilin yayında “Kristal Palas”dan keçib. Münhen klubundakı debüt mövsümündə o, 55 oyun keçirib, 20 qol vurub və 23 məhsuldar ötürmə edib.
Transfermarkt oyunçunu 130 milyon avro dəyərində qiymətləndirir.