“Bavariya”nın rekordu təkrarlandı

16.06.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Bayer” Almaniya Bundesliqasının XXXII turunda “Frayburq”la səfərdə heç-heçə edib – 2:2.

Futbolpress.az xəbər verir ki, Leverkuzen təmsilçisi Bundesliqada 33 oyundur, səfərdə uduzmur. Komanda bu görüşlərdə 23 qələbə qazanıb, 10 heç-heçə edib.

“Bayer” bu göstəricidə “Bavariya”nın rekordunu təkrarladı. Münhen təmsilçisi 2012-2014-cü illərdə 33 səfər oyununda uduzmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью