“Bavariya”nın sabiq hücumçusu Amerika klubuna keçəcək

29.11.2024

Apasport saytına istinadən Icma.az xəbər verir.

Kamerun millisinin və “Bavariya”nın sabiq hücumçusu Erik Çoupo-Motinq MLS-də çıxış edəcək. 

Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Təcrübəli hücumçu “Nyu-York Red Bulz” klubunda oynayacaq.

Futbolçu tibbi müayinədən keçib. O, ABŞ klubu ilə iki illik müqaviləyə qol çəkib.

Çupo-Motinq 2024-cü ilin yayında "Bavariya"dan ayrıldıqdan sonra azad agent statusu daşıyırdı. 35 yaşlı hücumçu “Hamburq”, “Nürnberq”, “Maynts”, “Şalke”, “Stok Siti”, PSJ, “Bavariya klublarında oynayıb.

ÇL: Həftənin oyunçusu məlum oldu “Siti”dən daha bir antirekord “Beşiktaş”ın yeni transfer hədəfi Frenk Lempard bu komandanın baş məşqçisi oldu - Rəsmi “Yuventus” niderlandlı hücumçu üçün danışıqlar aparır
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью