Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
Yonas Urbiq “Bavariya”nın tarixinə uğursuz çıxışı ilə düşüb.
Münhen klubu bundesliqanın 29-cu turunda Dortmund “Borussiya”sı ilə 2:2 hesablı heç-heçə edib. Bu, Urbiqin bundesliqada qol buraxdığı ardıcıl 5-ci oyun olub. Yanvarda “Köln”dən 7 milyon avroya alınan 21 yaşlı futbolçu “Bavariya”nın tarixində bundesliqada keçirdiyi ilk 5 matçda qol buraxan yeganə qapıçıdı.
Urbiq komandanın əsas qolkiperi Manuel Noyerin zədəli olması səbəbindən qapını qoruyur. O, komandada bütün yarışlarda keçirdiyi 8 oyunda 11 top buraxıb.