Bavariyanın ulduzu Qalatasaraya keçir

11.06.2025

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Almaniya millisinin futbolçusu Leroy Sane karyerasını Türkiyədə davam etdirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

29 yaşlı oyunçu "Qalatasaray"la anlaşıb. O, müqavilə imzalamaq üçün tezliklə İstanbula gedəcək.

Qeyd edək ki, Leroy Sane 2020-ci ildən "Bavariya"da çıxış edir. Onun Münhen təmsilçisi ilə müqaviləsinin müddəti iyunun sonunda başa çatır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью