Bax, siz aparıcılar BU SUNUZ...

25.04.2026

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müğənni Qumral sosial şəbəkə hesabında etdiyi paylaşım ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, sənətçi vaxtilə onu tez-tez efirlərə dəvət edən aparıcılara sitəm edib. O, naməlum "qadağa siyahısı"ndan sonra bəzi televiziya simalarının ona qarşı laqeyd münasibət göstərdiyini bildirib.

Müğənni paylaşımında bildirib ki, əvvəllər onu bir həftədə dəfələrlə verilişlərə dəvət edən aparıcılar indi onu xatırlamır:
"Bəzi 'dost' deyən aparıcılar haradasınız? Bir həftədə 10 dəfə çağırırdınız, gəlməyəndə inciyirdiniz. Bir gündə 3 verilişə belə getmişəm. Yorulsam da sözünüzü yerə salmırdım. İndi isə heç insan kimi yada salmırsınız...".

Qumral həmçinin iddia edib ki, adının hansısa siyahıya salınmasından sonra aparıcılar onu verilişlərə çağırmaqdan çəkinir:
"Adımızı özlərindən siyahı tutub yazıblar, siz də ona görə çağırmırsınız. Qorxursunuz, gözləyirsiniz ilk kim çağıracaq... "Bax, siz aparıcılar busunuz".

Sənətçi sonda bildirib ki, bundan sonra onu efirə dəvət edən həmin aparıcıların verilişlərinə qatılmaq niyyətində deyil.

Paylaşım sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub.

Musa
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью