Baxçalı Öcalanı təriflədi

13.05.2025

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı PKK-nın silahı mübarizəni bitirməsinə münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, o, PKK-dan danışarkən Öcalanı “qurucu lider” adlandırıb.

Baxçalı 26 ildir həbsdə olan PKK rəhbərinə təşəkkür edib:

“PKK-nın qurucu lideri Abdullah Öcalana, İmralı-DEM Partiyası-Kandil arasında əlaqə və görüşləri həyata keçirən heyətlərə, DEM Partiyasının həmsədrlərinə, idarəçilərinə və millət vəkillərinə, Türk ve Kürd qardaşlığına sahib çıxan hər vətən övladına təşəkkür edirəm”.

MHP sədri PKK-nın silahlı mübarizəni dayandırmasını “sülh və qardaşlıq yolunda tarixi dönüş nöqtəsi” kimi dəyərləndirib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью