Baxçalıdan açıq mesaj: Türkiyədə növbədənkənar seçkilər...

22.04.2025

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) başqanı Dövlət Baxçalı ölkədə ehtimal olunan erkən seçkilərlə bağlı açıq mesaj verib.

Globalinfo.az xəbər verir ki, o, sözügedən prosesin vaxtında keçiriləcəyini deyib.

“Növbədənkənar seçkilərin hay-küyü ilə partiyamızı müzakirə etməyə çalışan, kiçik beyinləri ilə ağıl verməyə çalışan o çürüklərin həvəsi əbəsdir”, – deyə o bildirib.

MHP lideri həmçinin PKK-ya da çağırış edib:

“Yaxın zamanda silahlar təhvil veriləcək, əhatəli və demokratik siyasətin pərdəsi açılacaq, heç vaxt bağlanmayacaq. Ən məqbul variant silahların Türkiyə dövlətinə təhvil verilməsidir”.

Günay Rəsulqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью