Baxçalıdan Öcalanın müraciətinə Reaksiya

31.12.2024

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

28 dekabr 2024-cü ildə İmralı (Abdullah Öcalan - red) ilə DEM Partiyası nümayəndələri arasında keçirilən görüş və bu görüşün mediada əksini tapan bəzi hissələri demokratiyanı və türk-kürd qardaşlığına bağlı ümidləri nisbətən gücləndirməklə yanaşı, uğurlu başlanğıcın təməli olub.

Axar.az xəbər verir ki, bunu MHP sədri Dövlət Baxçalı deyib.

“Sözdən əmələ keçid növbəti addım olmalı, nəhayət, müsbət və konkret nəticələrin mərhələli şəkildə səhnələşdirilməsi təxirə salınmadan həyata keçirilməli və elan edilməlidir”, - partiya sədri bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью