Baxçəli: ABŞ ın İrana müdaxiləsi qlobal fəlakətə səbəb ola bilər

03.02.2026

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hakim koalisiyadakı tərəfdaşı, Türkiyə Milli Hərəkət Partiyasının (MHP) lideri Devlet Baxçəli bildirib ki, ABŞ-ın İrana mümkün hərbi hücumu və orada hakimiyyətin zorla dəyişdirilməsi dağıdıcı qlobal konfliktlərə yol aça bilər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Baxçəli parlamentdə çıxışında bildirib.

“ABŞ-ın silah və zor tətbiqi ilə müdaxilələri, ekspansiya və istismar əsaslı aqressiv tələbləri artıq müstəqil dövlətlərin suveren bərabərliyini şübhə altına alacaq səviyyəyə çatıb. Venesueladan sonra ABŞ-ın İsrailin təhriki ilə İrana qarşı hərbi əməliyyatı fundamental təhlükədir, bu təhlükə yalnız İran və regionumuz üçün deyil, bütün dünya üçün dağıdıcı təsir göstərəcək”, – deyib.

O qeyd edib ki, “İranda rəhbərliyin güc yolu ilə, guya mülayim, amma əslində kukla liderlər tərəfindən dəyişdirilməsi çox ciddi nəticələr doğuracaq”.

“Bu açıq şəkildə fəlakətə dəvətdir. ABŞ-ın İrana hücumu imperialist vandalizm aktı olardı və heç bir ölkənin buna hüququ və səlahiyyəti yoxdur. İrana qarşı hərbi əməliyyatın başlanması qarşısıalınmaz problemlər zəncir reaksiyasını doğuracaq. İranın Rusiya və Ukrayna arasındakı davam edən konfliktə qoşulması qlobal miqyasda müharibə və konflikt atmosferini reallaşdıracaq”, – deyə MHP lideri əlavə edib.

Baxçəli İrana zorla diktə olunacaq kukla rəhbərliyi “qanunsuz və əxlaqsız” adlandırıb. “İran və digər suveren, müstəqil dövlətlərin gələcəyini effektiv şəkildə müəyyən edə biləcək yeganə qüvvə onların öz xalqının ləyaqəti və iradəsidir. Regionumuz başqa bir müharibəyə dözə bilməz”, – deyə o vurğulayıb.

Məryəm Quliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью