Icma.az, Fanat portalına istinadən məlumat yayır.
Misli Premyer Liqasında 18-ci tur davam edir.
Fanat.Az xəbər verir ki, "Zirə" lider "Sabah"ı qəbul edib. Qonaqlar 3:1 hesablı qələbəyə seviniblər.
Matçdan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov oyunla bağlı fikirlərini bölüşüb.
"Rəqibi qələbə münasibətilə təbrik edirəm. Baxımlı və maraqlı oyun alındı. Oyunun bərabər səviyyəli keçməsinə baxmayaraq ilk hissəni 3:0 məğlub başa vurduq. Rəqib ələ düşən fürsətlərdən yaxşı istifadə elədi. İkinci hissədə matçdan qopmadıq. Fərqlənsək də geridönüş etmək alınmadı. Futbolçularıma təşəkkür edirəm."