Baxışlarındakı nəciblik, duruşlarındakı əzəmət... Türkiyədə canavar sürüsü göründü FOTO

03.01.2025

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin Bursa şəhərində Təbiəti Mühafizə və Milli Parklar 2-ci Regional İdarəsi tərəfindən Uludağ Milli Parkında qurulan fotokamera tələsi vasitəsilə canavar sürüsü görüntülənib.

Redaktor.az bu barədə DHA-ya istinadla xəbər verir.

Məlumata görə, brakonyerliyə qarşı mübarizə və yemləmə fəaliyyətlərinə nəzarət etmək məqsədilə canlıların sıx olduğu ərazilərdə fotokamera tələləri quraşdırılıb.

Uludağ Milli Parkındakı kameraya 5 canavardan ibarət olan sürü yemək axtararkən əks olunub.

"Canavarlar Uludağ Milli Parkının zadəgan qonaqlarıdır. Baxışlarındakı nəciblik, duruşlarındakı əzəmət sayəsində onlara heyran qalmamaq mümkün deyil", - deyə idarənin sosial media hesabındakı paylaşımında bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью