futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Sabah” Çempionlar Liqasının I turunda bu gün “Mançester Yunayted”in qonağı olacaq.
“Qəbələ” və “Araz-Naxçıvan” klublarının sabiq baş məşqçisi Elmar Baxşıyev “Sabah”ın turnirdəki oyunu və komandadan gözləntiləri ilə bağlı “Futbolpress.az“a açıqlama verdi.
– Matçın ağır keçəcəyini öncədən təxmin etmək olar. “Sabah” klub tarixində ilk dəfə bu turnirdə mübarizə aparır. Bu baxımdan müəyyən çətinliklərin olması təbiidir. Əgər psixoloji həyəcanı və stressi geridə qoya bilsələr, öz oyunlarını nümayiş etdirəcəklərini düşünürəm.
– Komandanın turnirdəki çıxışı ilə bağlı gözləntiləriniz nədir?
– Bu turnir onlar üçün də ilk təcrübədir. Ona görə də “bütün rəqibləri üstələyəcəklər” demək reallıqdan uzaq olar, lakin “Sabah”ın böyük potensialı və özünəməxsus oyun üslubu var. Məhz buna görə də onların uğurlu nəticə göstərəcəyinə ümid etmək olar.
– Ötən mövsüm futbol ictimaiyyətində belə bir rəy var idi ki, “Qarabağ”ın daxili çempionatda xal itirməsinə səbəb ÇL-dəki sıx qrafiki idi. Sizcə, cari sezonda “Sabah” oxşar mənzərə ilə qarşılaşa bilərmi?
– Məncə, düzgün yanaşma deyil. Sadəcə, bəzi statistika aparan şəxslər məsələyə ehtimallarla yanaşırlar. “Qarabağ” illərdir qrup mərhələlərində oynaya-oynaya sona 6–7 tur qalmış çempionluğu təmin edirdi. Hansısa avrokubok matçları onlara mane olmamışdı. Etiraf etmək lazımdır ki, “Sabah” da mövsüm boyu layiqli mübarizə apardı və layiqli çempion oldu.
Ayxan Zayıdzadə