futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Premyer Liqasının XIX turunda “Zirə” – “Araz-Naxçıvan” (1:0) görüşü keçirilib.
Futbolpress.az xəbər verir ki, qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev oyunla bağlı fikirlərini bölüşərək, jurnalistlərin suallarını cavablandırıb.
– Ağır oyun keçdi. Məğlub olsaq da kədərlənməyə fikrimiz yoxdur. Komanda olaraq bu oyunu unudub, qarşıdakı matçlara köklənməliyik.
– Birinci hissədəki məlum hadisəyə görə Qara Qarayevi əvəzlədiz.
Maraqlıdır, Qara ikinci hissəni ehtiyat oyunçular skamyasında izlədi yoxsa evə göndərdiz? – Xeyr, Qara bizimlədir və niyə getməlidir?
Sadəcə düşündük ki, emosialarını daha çox büruzə verər. Bu səbəbdən də əvəzlədik.
Ümumi hər iki komandanın oyunçuları mübarizədən çəkinmirdilər. Futbolda bu cür hallar olur. – Barışıq oldu? – Nə oldusa, meydanda qaldı.