Bayağı müğənnini bəyənməyən də, ona pul verən də xalqdır Şöhrət

04.06.2025

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

"Bayağı müğənni bahalı maşınla toya gedəndə ona çox pul verirlər."

AZXEBER.COM xəbər verir ki, bu sözləri "Tarixin bir günü" verilişində aparıcı Tarix Əliyev deyib.

Verilişin qonağı olan müğənni Şöhrət isə onun bu fikirləri ilə razılaşaraq bunları əlavə edib:

"Bayağı müğənni bahalı maşınla toya gedəndə, bəli, düşünür ki, ona çox pul verəcəklər. Amma onların maddi durumu bizi niyə narahat etməlidir ki? Gedib kreditlə də olsa alır, amma onu da özü ödəyirsə, demək ki, o pulu qazanır. Bu sənətdə təkcə qadınlar yox, elə kişilər də yaxşı maşınlar sürür. O müğənniləri qınayan da xalqdır, onlara o qədər pul verib məclislərinə gətirənlər də xalqdır."


Aysel

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью