“Bayan Aşiq” restoranında işığa görə dava düşdü

03.09.2026

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakının Sabunçu rayonunda restoranda dava olub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən “Bayan Aşiq” restoranında baş verib.
Ağstafa rayon sakini, 1982-ci il təvəllüdlü Zakir restoranın ümumi zalında Rəvanın işıqların söndüyünü bildirməsi və sonuncunun kobud şəkildə cavab verməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Faktla bağlı Zakirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Sabunçu Rayon Məhkəməsində aparılan araşdırma zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Zərərçəkmiş də ona qarşı şikayətini geri götürüb.
Məhkəmə hökm çıxaran zaman bu halları nəzərə alıb. Bu səbəbdən də Zakirin barəsində olan cinayət işi üzrə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
  Fariz Məlikli
 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью