Bayden 300 min dollar TƏLƏB ETDİ: İLGİNC SƏBƏB KONKRET

18.04.2025

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Bayden çıxışı üçün 300 min dollar istəyib”.

KONKRET.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Co Baydenin tədbirdəki çıxışı təşkilatçılara 300 min dollara başa gələcək. Bu barədə New York Post (NYP) məlumat yayıb.

Onların sözlərinə görə, ABŞ-ın keçmiş prezidentinin tələbləri siyahısına şəxsi təyyarə ilə uçuş və çıxış üçün başqa şəhərə getməli olduğu halda beş köməkçisinin xidmət haqqının ödənilməsi də var.

Bu həftənin əvvəlində Bayden İllinoys ştatının Çikaqo şəhərində vəzifəsindən ayrıldıqdan sonra əlil insanlara hüquqi dəstək verən qeyri-hökumət təşkilatının konfransında ilk dəfə ictimaiyyət qarşısında çıxış edib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью