Bayden: ABŞ Kiyevə yüz minlərlə döyüş sursatı verəcək

30.12.2024

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

ABŞ Müdafiə Nazirliyi Ukraynaya yüz minlərlə artilleriya sursatının və minlərlə raketin ötürülməsi prosesindədir.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden məlumat verib.

“Müdafiə Nazirliyi yüz minlərlə artilleriya sursatının, minlərlə raketin və yüzlərlə zirehli texnikanın çatdırılması prosesindədir ki, bu da bu qış Ukraynanın mövqeyini gücləndirəcək”, - deyə prezident Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda bildirib.

Təxminən 2,5 milyard dollarlıq yeni yardım paketini elan edən Bayden, ABŞ-ın “2025-ci ilin yanvarında prezidentlik müddətinin sonuna qədər Ukraynanın münaqişədəki mövqeyini gücləndirmək üçün usanmadan çalışmağa” davam edəcəyini vəd edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью