Bayden: ABŞ Suriyanın yaratdığı riskləri azaltmaq üçün tərəfdaşlarla çalışacaq

09.12.2024

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ administrasiyası Suriyanın yaratdığı riskləri azaltmaq üçün tərəfdaşlar və maraqlı tərəflərlə işləyəcək.

Bunu ABŞ Prezidenti Cozef Bayden Suriyadakı vəziyyətlə bağlı Ağ Evdə çıxışı zamanı deyib.

"ABŞ Suriyadan gələn mümkün təhdidlər fonunda İsrail, İordaniya, İraq və Livanın rəhbərliyi ilə məsləhətləşmələr aparacaq", - Bayden qeyd edib.

Bayden, həmçinin əlavə edib ki, Vaşinqton İŞİD-ə qarşı mübarizəni davam etdirmək niyyətindədir və onun dirçəlməsinə imkan verməyəcək.

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью