Bayden ABŞnin ən qədim poladəritmə şirkətini yaponlara satmaqdan imtina etdi

03.01.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Co Bayden ölkənin ən qədim poladəritmə şirkəti olan "U.S. Steel"i Yaponiyanın "Nippon Steel" şirkətinə satmaqdan imtina edib.

Oxu.Az NEWS.ru-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin Mətbuat Xidməti məlumat yayıb.

Bayden izah edib ki, bu sövdələşmə ABŞ-nin ən böyük şirkətlərindən biri üzərində xarici nəzarətə gətirib çıxaracaq, milli təhlükəsizlik və təchizat zəncirlərinə təhdid yaradacaq.

O qeyd edib ki, xarici şirkətlər dünya bazarlarına poladı süni aşağı qiymətlərlə çıxarırlar ki, bu da ABŞ-də iş yerlərinin itirilməsinə və zavodların bağlanmasına səbəb olur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью