Bayden ABŞnin uzaqmənzilli silahları ilə Rusiyaya zərbə endirməyə icazə verib KİV

17.11.2024

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Cozef Bayden Birləşmiş Ştatların uzaqmənzilli silahları ilə Rusiya Federasiyasının ərazisinə zərbələr endirməyə icazə verib.

Redaktor.az xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilir ki, bu qərar Vaşinqtonda hakimiyyətin dəyişməsindən cəmi iki ay əvvəl qəbul edilib və ABŞ siyasətində ciddi dəyişiklik olub. ABŞ liderinin müşavirləri arasında bu addımla bağlı fikirlər parçalanıb.

Məlumata görə, raketlər ehtimal ki, Rusiya və Şimali Koreya hərbçilərinə qarşı, Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsində müdafiəsini təmin etmək üçün istifadə olunacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью