Bayden açıqladı: Suriya müxalifətinə köməyə hazırıq!

08.12.2024

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Suriyada hakimiyyətin ötürülməsi zamanı müxalifətlə qarşılıqlı əlaqə saxlamağa hazırdır.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden deyib.

"Biz BMT-nin rəhbərliyi ilə partiyalar da daxil olmaqla, Suriyanın bütün qrupları ilə yeni konstitusiya və bütün suriyalılara xidmət edən yeni hökumətlə müstəqil, suveren Suriyaya keçidi təmin etmək üçün qarşılıqlı əlaqə saxlayacağıq”, - deyə o bildirib.

Prezidentin sözlərinə görə, bu prosesi Suriya xalqı özü müəyyənləşdirməlidir və ABŞ humanitar yardım və ölkəsi bərpası ilə yardım etməyə hazırdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью