Bayden Ağ Evdə Trampla görüşəcək

07.11.2024

Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ dövlət başçısı Co Bayden ilə yeni seçilmiş prezident Donald Tramp arasında telefon danışığı olub.

Missiya.Az xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb.

Bildirilir ki, Bayden Trampı Ağ Evə dəvət edib. Yeni seçilmiş ABŞ prezidenti isə öz növbəsində bu təklifi qəbul edib.

Trampın kommunikasiyalar üzrə direktoru Stiven Çunq görüşün yaxın vaxtlarda baş tutacağını deyib.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью