Bayden aktyor olmaq istəyir?

06.02.2025

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-ın keçmiş prezidenti Co Baydenin vəzifəsindən ayrıldıqdan sonra verdiyi qərar onun tərəfdarlarını xeyli təəccübləndirib.

Axar.az xəbər verir ki, bir çoxları Baydenin istirahət edəcəyini düşünsə də, o, aktyorluq agentliyi ilə müqavilə imzalayıb.

Belə ki, “Creative Artists Agency” (CAA) Baydenlə müqavilənin fotosunu da sosial media səhifələrində paylaşıb.

Baydenin bu addımı izləyicilərin gülüşünə səbəb olub.

Hətta ABŞ Prezidenti Donald Tramp da sələfinin sözügedən qərarına reaksiya verərək, bunun gözlənilməz olduğunu söyləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью