Bayden bir il ərzində ölə bilər Ağ Evin həkimi

22.05.2025

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Keçmiş prezident Co Baydenin metastatik prostat xərçəngi ilə bağlı proqnozlar qaranlıqdır və keçmiş baş komandan bir il ərzində ölə bilər.

"Unikal" xəbər verir ki, bunu Ağ Evin keçmiş həkimi Ronnie Jackson “Washington Free Beacon” qəzetinə açıqlamasında deyib. 

"Mən bir neçə uroloqla danışmışam və ümumi konsensus ondan ibarətdir ki, bu, 12-18 ay çəkə bilər", - həkim izah edib. 

Qeyd edək ki, ABŞ-nin keçmiş prezident Co Baydenə prostat xərçənginin aqressiv forması diaqnozu qoyulub. Xəstəlik 5-ci dərəcəli metastazla onun sümüklərinə keçib.

Gülayə Mecid


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью