Bayden demişdi ki, Ukrayna NATO da olmayacaq Zelenski

18.12.2025

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukraynanın NATO-ya qoşulmayacağını ABŞ-ın keçmiş prezidenti Co Bayden münaqişə başlamazdan əvvəl də bildirmişdi.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Brüsseldə keçirilən mətbuat konfransında deyib.

"Münaqişə başlamazdan əvvəl Co Bayden mənə birbaşa Ukraynanın NATO-ya qoşulmayacağını dedi", - deyə Zelenski bildirib.

Zelenskinin sözlərinə görə, o, Ağ Evdə dəfələrlə bu məsələni qaldırıb və bu, Amerika rəsmilərinin üzündə təbəssüm yaradıb.

Zelenski həmçinin qeyd edib ki, ABŞ-ın bu məsələ ilə bağlı mövqeyi dəyişməyib, lakin o, gələcəkdə nəyinsə dəyişə biləcəyinə inanır.

O, Ukrayna Konstitusiyasından NATO ilə bağlı müvafiq bəndin çıxarılmasına ehtiyac görmür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью