Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dünən Vaşinqtonda Cənubi Qafqazın siyasi mənzərəsinə ciddi təsir göstərə biləcək bir hadisə baş verdi: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken iki ölkə arasında strateji tərəfdaşlıq sənədini imzaladılar.
Bu hadisə ABŞ Dövlət Departamentinin yaxın vaxtlarda belə bir planın olmadığına dair verdiyi açıqlamalardan sonra gözlənilməz oldu.
Bəs Vaşinqtonu bu cür ani addıma sövq edən nə idi? ABŞ dövlət katibi qeyd edib ki, son illərdə İrəvan və Vaşinqton birgə işlərini genişləndi
O deyib: "Biz iqtisadiyyatlarımız arasında əməkdaşlığı genişləndirdik. İndi isə yeni əməkdaşlığa başlamağa hazırıq".
E.Blinken tərəfdaşlığın həm iki ölkə, həm də region ölkələri üçün faydalı olacağına əmin olduğunu bildirib: "Mən əminəm ki, bu, həm bizim iki ölkəmizə, həm də bütövlükdə regiona və onun hüdudlarından kənar olan ölkələrə fayda gətirəcək.
Hesab edirəm ki, bu Xartiya daha dayanıqlı, sülhpərvər, təhlükəsiz və müstəqil bir cəmiyyətin yaradılmasına yardım edəcək.
O, həmçinin, Ermənistanın sərhəd təhlükəsizliyi məsələləri ilə bağlı xüsusi bir qrupun göndərilməsi planlarını açıqlayıb: "Bu istiqamətdə işimizi gücləndirəcəyik".