Bayden FTBnin Tramp komandasına qarşı təhdidlər işini araşdırdığını deyib

30.11.2024

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Amerika lideri Co Bayden ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla yenidən danışmağı planlaşdırır.

Bizimyol.info xəbər verir ki, bu barədə Vaşinqton administrasiyasının rəhbəri Massaçusetsdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Baydendən Trampla əlaqə saxlamasının gözlənilib-gözlənilmədiyi soruşulub. "Bəli, mən belə düşünürəm ki, olacaq", - deyə Ağ Evin mətbuat xidməti dövlət başçısına istinadən bildirib.

Bundan əlavə, ondan yeni administrasiyada vəzifələrə bir neçə namizədə qarşı təhdidlər alması, o cümlədən bombalarla bağlı mesajlar barədə məlumatı şərh etməsi istənilib. "Biz bunun üzərində işləyirik, FTB bunu araşdırır", - deyə prezident bildirib.

Noyabrın 13-də Bayden və Tramp Ağ Evin Oval kabinetində iki saatlıq görüş keçiriblər. Vaşinqton administrasiyası rəhbərinin mətbuat katibi Karine Jan-Pyerin sözlərinə görə, onlar daxili siyasət və milli təhlükəsizliklə bağlı əsas məsələləri müzakirə ediblər.

Respublikaçı Trampın andiçmə mərasimi 20 yanvar 2025-ci ildə keçiriləcək. Bu vaxta qədər demokrat Bayden dövlət başçısı olaraq qalmaqda davam edəcək. Trampın qalib gəldiyi ABŞ prezident seçkiləri noyabrın 5-də baş tutub.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью