Bayden getməmişdən əvvəl üzünü sərtləşdirəcək

18.12.2024

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Prezident Co Baydenin başçılıq etdiyi Amerika administrasiyası səlahiyyət müddəti bitməmiş Gürcüstan hakimiyyətinə qarşı əlavə sanksiyalar tətbiq etmək niyyətindədir. 

“Cebheinfo.az” xəbər verir ki, bunu xarici jurnalistlər üçün keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller təsdiqləyib.

“Cavabımızı necə sərtləşdirdiyimizi gördünüz. Biz cavab tədbirlərimizi, o cümlədən əlavə sanksiyaları sərtləşdirməyə davam edəcəyik”,-deyə  o, Gürcüstandakı vəziyyəti şərh edərkən bildirib. 

“Bu sanksiyaların konkret olaraq nədən ibarət olacağını deməyəcəyəm. Amma  səlahiyyət müddətimizin bitməsinə qədər biz Gürcüstan hökumətinə qarşı əlavə sanksiyalar tətbiq edəcəyik”, – Amerikanın xarici siyasət departamentinin nümayəndəsi vurğulayıb.

Gürcüstanda müxalifət və Prezident Salome Zurabişvili oktyabrın 26-da keçirilən seçkilərin nəticələrini tanımayıb. 

Xəzər
“Cebheinfo.a
z”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью