Bayden həmin atəşkəsin vaxtını açıqladı

27.11.2024

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Co Bayden Livan və İsrail hökumətləri arasında atəşkəs razılaşmasının əldə edildiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bayden bildirib ki, atəşkəs sabah yerli vaxtla saat 04:00-da qüvvəyə minəcək:

“Atəşkəs hərbi əməliyyatların daimi dayandırılması kimi nəzərdə tutulub. Livan silahlı qüvvələri yaxın 60 gün ərzində cənuba nəzarəti İsraildən geri alacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью