Bayden Kiyevə kömək etmək və silah ehtiyatlarını artırmaq üçün 24 milyard dollar istəyir |…
Icma.az, Bizimyol portalına istinadən məlumat verir. ABŞ prezidenti Co Bayden Konqresdən Kiyevə əlavə hərbi yardım və Amerika silah ehtiyatl
Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə axşamı "Politico" məlumat yayıb.
Konqresdəki mənbələrin bildirdiyinə görə, ABŞ qanunvericiləri tələbi noyabrın 25-də alıblar.
"Vaşinqton administrasiyası əvvəllər Kiyevə göndərilmiş bu silahların “Amerika ehtiyatlarını bərpa etmək” üçün 16 milyard dollar ayrılacağını gözləyir.
Daha 8 milyard dolların Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü (USAI) xətti ilə ayrılması təklif edilir.
Bu, Amerikanın ehtiyatlarından birbaşa bu və ya digər təhlükəsizlik avadanlıqların verilməsini deyil, ABŞ Müdafiə Nazirliyinin istehsalçılarla müqavilələr bağlamasını nəzərdə tutur.
Nəşrin yazdığına görə, Bayden administrasiyası bu xərc maddələrinin federal departamentlərin işi üçün vəsaitin ayrılmasını uzatmaq üçün qanun layihəsinə daxil ediləcəyini gözləyir.
Layihə dekabrda qəbul oluna bilər. Nəşr Ağ Ev rəhbərinin tələbini “uğur şansı az” adlandırır.
Tam oxu
Xəbəri oxu