Bayden müasir ABŞ tarixində ən böyük bir günlük əfv aktını imzalayıb

12.12.2024

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Bayden müasir ABŞ tarixində ən böyük bir günlük əfv aktını imzalayıb.
APA xəbər verir ki, ABŞ Prezidenti Co Bayden 1500 nəfərin cəzasını yüngülləşdirdiyini, 39 nəfəri isə əfv etdiyini açıqlayıb.
Bayden koronavirus pandemiyası zamanı həbsdən çıxan və ev dustaqlığına salınan təxminən 1500 nəfərin cəzalarını yüngülləşdirib, zorakılıqsız cinayətlərə görə məhkum edilmiş 39 amerikalını əfv edib.
Bu, müasir ABŞ tarixində ən böyük bir günlük əfv aktıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью