Bayden: NATO indi hər zamankından daha güclüdür AZƏRTAC

14.01.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Vaşinqton, 14 yanvar, AZƏRTAC

“NATO indi hər zamankından daha güclüdür”.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Co Bayden Dövlət Departamentində çıxışı zamanı deyib. O bildirib ki, hazırda daha çox müttəfiqlər müdafiəyə kifayət qədər vəsait ayırırlar.

“Mən prezident olana qədər yanız 9 NATO ölkəsi ÜDM-in 2 faizini müdafiə ehtiyaclarına xərcləyirdi, indi isə bunu 23 müttəfiqimiz edir”,- deyə ABŞ Prezidenti əlavə edib.

Baydenin sözlərinə görə, ABŞ-ın daxil olduğu ittifaqlar son onilliklər ərzində olduğundan daha güclüdür.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью