Bayden neft quyularının qazılmasını qadağan edəcək

04.01.2025

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-nin hazırkı prezidenti Co Bayden ölkənin Sakit okean və Atlantik okeanı sahillərinin şelfində yeni neft və qaz yataqlarının işlənməsinə qadağa qoyacağını elan etməyə hazırlaşır.
Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.
Mənbələrin məlumatına görə, məhdudiyyətlər Meksika körfəzinin mərkəzi və qərb sularına şamil olunmayacaq. Qeyd olunan ərazilərdə neft hasilatı onillər ərzində aparılıb. Digər su ərazilərində yataqların işlənilməsinə isə ciddi əngəllər qoyulacaq.
Bu, gələcək prezident Donald Trampın dənizdə qazma işlərini genişləndirmək cəhdlərini çətinləşdirəcək.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью