Bayden oğlunu əfv etdi 15 il iş verilə bilərdi | Icma.az
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden səlahiyyət müddətinin bitməsinə təxminən ay yarım qalmış oğlu Hanter Baydeni əfv edib.
Yeniavaz.com xəbər verir ki, 54 yaşlı Hanter Bayden qanunsuz odlu silah saxlamaqda və vergidən yayınmaqda təqsirli bilinib.
Dekabrın ortalarında məhkəmə cəzanın müddətini müəyyən etməli idi. Hunter Baydeni 15 ilə qədər həbs gözləyirdi.
Bayden oğlunu əfv etmək qərarını onunla izah edib ki, Hanter ədalətsiz təqibin hədəfinə çevrilib və ona oxşar cinayətlər törədən digər insanlardan fərqli rəftar edilib.
Co Baydenin sözlərinə görə, prezident olduğu ilk gündən Ədliyyə Nazirliyinin qərarlarına qarışmayacağını bildirib və oğlunun seçmə təqiblərə məruz qaldığını görəndə belə bu vədi yerinə yetirib.
Co Baydenin sözlərinə görə, siyasi opponentlərin ona qarşı mübarizəsi məhkəməyə təsir edib.
Prezidentliyinin ilk dövründə Donald Tramp tərəfindən Delaver ştatının əyalət vəkili təyin edilən David Ueys 2018-ci ildə Hanter Baydenə qarşı istintaqa başlayıb və 2023-cü ildə iki ittiham irəli sürüb.
Tam oxu
Xəbəri oxu