Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır. Politoloq: “Harris prezident seçilsəydi, Ukraynaya Rusiya ərazisinə uzaq mənzilli zərb
AYNA xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Analitik hesab edir ki, London və Paris bu məsələylə bağlı Vaşinqtonun qərarını gözləyirdilər: “ Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Baydedən bu qərarı aylardır gözləyirdi.
Bayden son ana qədər məsələni uzadırdı. Vitse-Prezident Kamala Harris prezident seçilsəydi, Ukraynaya Rusiya ərazisinə uzaq mənzilli zərbələ
Harrisin məğlubiyyəti Baydenin planını pozdu. Belə olan halda Bayden Prezident seçilən Donald Trampa son “pisliyini” etdi.
Tramp Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün plan hazırlayıb. O yanvarın 20-də andiçmə mərasimindən sonra planını işə salacaqdı.
Andiçmə mərasiminə hələ iki ay var, Ukrayna bu müddətdə Baydendən aldığı icazə müqabilində Rusiyanın içərilərindəki hərbi mərkəzlərə uzaqmənzilli raketlərlə zərbələr endirəcək.
Tramp andiçmə mərasimindən sonra Kiyevə uzaqmənzilli raketlərlə zərbələr endirməsini qadağan etsə, bu Ukraynanın Rusiya qarşısında zəif düşməsinə şərait yaradacaq və buna görə Amerikada Trampa qarşı ittihamlar artacaq.