Bayden qəza haqda məlumat aldı: Bakıya istəyimizi çatdırdıq

28.12.2024

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Cozef Bayden Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması barədə məlumatlandırılıb.

Axar.az Trend-ə istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Onun sözlərinə görə, hadisə ilə bağlı C.Baydenə mütəmadi olaraq məlumatlar verilir.

“Bu hadisə fəal şəkildə araşdırılır. Biz həm diplomatik, həm də Milli Təhlükəsizlik Şurası vasitəsilə Azərbaycan hökumətinə ehtiyac olduğu halda araşdırmaya yardım etməyə hazır və istəkli olduğumuzu çatdırdıq”, - deyə o bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью