Bayden Qəzza razılaşmasından DANIŞDI

15.01.2025

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qəzza razılaşmasının birinci mərhələsi altı həftə davam edəcək və atəşkəs, İsrail qoşunlarının çıxarılması və girovların azad edilməsini əhatə edəcək.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden bildirib.

"İkinci mərhələ girovların azad edilməsi və qoşunların çıxarılması prosesinin başa çatmasını nəzərdə tutur, atəşkəs daimi xarakter alacaq", - deyə Amerika lideri əlavə edib.

Qeyd edək ki, bu gün Fələsitinin HƏMAS təşkilatı ilə İsrail arasında Qəzzada atəşkəslə bağlı razılığa gəlinib.

Turan İSMAYIL

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью