“Bayden Rusiya ilə münasibətləri pozmaq üçün hər şeyi edib”

19.02.2025

Icma.az bildirir, Missiya.az saytına əsaslanaraq.

“Birləşmiş Ştatlarla tərəfdaşlığı inkişaf etdirmək üçün ikitərəfli münasibətlərdə ABŞ-nin sabiq prezidenti Co Baydenin “irsini təmizləmək” lazımdır”.

Missiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Hələlik biz Baydenin administrasiyasının mirasını təmizləməliyik”, - deyə siyasətçi vurğulayıb.

Lavrov qeyd edib ki, Amerikanın keçmiş liderinin administrasiyası Moskva ilə Vaşinqton arasında uzunmüddətli tərəfdaşlığın təməlinin ilk əlamətlərini belə məhv etmək üçün hər şeyi edib.

Daşqın Həsənov
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью