Bayden Sandunu belə təbrik etdi

04.11.2024

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ lideri Co Bayden Maya Sandunu yenidən Moldova Prezidenti seçilməsi münasibətilə təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, Ağ Ev ABŞ liderinin həmin bəyanatını yayıb.

“Bazar günü Moldova xalqı seçki məntəqələrinə getdi və prezident Sandunun təhlükəsiz, firavan və demokratik ölkə vizyonuna səs verdi”,- bəyanatda qeyd olunub.

Baydenin sözlərinə görə, Moldova vətəndaşları referendumda ölkənin Avropa İttifaqına daxil olmaq istəklərini təsbit edən Konstitusiyaya düzəlişi dəstəklədikdən iki həftə sonra Sandunu yenidən seçiblər.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью