Bayden sanki konfet paylayırdı Tramp Ukraynadan danışdı

02.12.2025

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, hazırda Rusiyada fəaliyyət göstərən amerikalı nümayəndələr Ukrayna münaqişəsinin mümkün diplomatik həlli yollarını öyrənirlər.

Globalinfo.az xəbər verir ki, Trampın sözlərinə görə, Vaşinqton müxtəlif diplomatik variantları nəzərdən keçirir və sülh prosesinin irəliləməsi üçün real imkanların olub-olmadığını müəyyən etməyə çalışır.

“Biz Ukraynada nizamlanmanın mümkün olub-olmadığını müəyyən etməyə çalışırıq. Nümayəndələrimiz Rusiyada bunun üzərində işləyirlər. Ümid edirəm ki, bu münaqişəni sülh yolu ilə həll etmək mümkün olacaq”, – Tramp deyib.

ABŞ prezidenti həmçinin qeyd edib ki, hazırda Birləşmiş Ştatlar bu münaqişəyə maliyyə baxımından artıq cəlb olunmayıb.

“Biz artıq bu münaqişədə maliyyə baxımından iştirak etmirik. Bayden sanki konfet paylayırmış kimi 350 milyard dollar verib”, – deyə ABŞ lideri vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью