Bayden sayəsində Kiyev 2026 cı ilə kimi silah alacaq

25.02.2025

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Keçmiş prezident Co Baydenin imzaladığı müqavilələr sayəsində Ukrayna 2026-cı ilə qədər ABŞ silahları alacaq.

Axar.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” məlumat verib.

“Co Bayden ABŞ prezidentliyini tərk etməzdən əvvəl Ukraynaya mübarizəni mümkün qədər uzun müddət davam etdirmək imkanı verməyə çalışıb. Onun administrasiyası Pentaqonun mövcud ehtiyatlarından silah göndərib və sursat, hava hücumundan müdafiə vasitələri, nəqliyyat vasitələri və digər materialların alınması üçün müdafiə sənayesi ilə müqavilələr imzalayıb. Bu tədarüklər 2026-cı ilə kimi davam edəcək”, - məlumatda qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью