Bayden Si Cinpinlə görüşəcək

14.11.2024

Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ prezidenti Co Bayden Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşəcək.

Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilir ki, görüş noyabrın 16-da Peruda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutacaq.

Məlumata görə, Bayden və Si Cinpin Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsində Pekinin Moskvaya dəstək verməsini və Şimali Koreya qoşunlarının Rusiyada yerləşdirilməsini müzakirə edəcəklər.

Qeyd edək ki, bu liderlər arasında üçüncü görüş olacaq.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью